Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinlilər “Windows 8” ilə işləyəcək smartfon istehsal edəcəklər


2012-ci ildə Çinin “İTG” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyəcək “xpPhone” smartfonunu istehsal edəcək. Bu barədə “xpphone.com” saytında bildirilib.

“XpPhone” aparatı smartfon ilə ultrayığcam fərdi kompyuterin hibridini təşkil edəcək. O, 4,3 düymlü sensor ekranla təchiz ediləcək. Qurğunun əsasını 1.6 QHz takt tezlikli “İntel” prosessoru təşkil edəcək. Aparat 2 qiqabayt əməli yaddaş və 112 Qbayt daxili yaddaşa malik olacaq.

İstehsalçının saytında smartfonun batareyası haqqında məlumat yoxdur, lakin bildirilib ki, “xpPhone” danışıq rejimində 18,5 saata qədər işləyə bilər. Ehtimal ki, “xpPhone” smartfonu “Windows 8”-in beta-versiyası əsasında işləyəcək, çünki əməliyyat sisteminin tam versiyasının çıxış müddəti hələ bilinmir.




29/10/11    Çap et