Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar keçirilib


29 oktyabr 2011-ci il tarixdə Qafqaz Universitetində “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” mövzusunda seminar keçirilib. Tədbirdə İKT sahəsindəki əsas istiqamətlərin təsnifatı, iş üçün tələb olunan bilik və bacarıqlar, yerli və xarici iş axtarış saytları mövzularında müzakirələr aparılıb.




31/10/11    Çap et