Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” neyroşəbəkəsi istifadəçinin səhhətini müəyyənləşdirəcək


"Amazon" texnoloji nəhəngi səsə görə istifadəçinin xəstəliyini və onun əhval-ruhiyyəsini müəyyənləşdirəcək süni intellekt üçün patent hüququ alıb. Gələcəkdə texnologiyanın "Alexa" səsli köməkçi funksiyasına inteqrasiyası gözlənilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, ABŞ-ın tənzimləyici orqanı tərəfindən təsdiq edilən patentdə qeyd olunur ki, texnologiya həkimi əvəz etməyəcək – neyroşəbəkə xırıltı və ya öskürəyə görə istifadəçinin soyuqdəyməsini müəyyənləşdirərək ona dərmanlar sifariş etməyi təklif edəcək.  

Məlumata görə, süni intellekt istifadəçinin əhval-ruhiyyəsini onun səs tembri və brauzer tarixçəsi əsasında analiz edəcək. İstifadəçinin daxil olduğu internet səhifələrini öyrənən neyroşəbəkə onun vəziyyətini müəyyənləşdirə biləcək. Məsələn, istifadəçinin sıxıntı və ya kədər hissi keçirməsi ilə bağlı qərar qəbul edəcək. Belə hallarda səsli köməkçi funksiya istifadəçinin məşğul olmaq istədiyi işlə maraqlanacaq və ya filmə baxmağı tövsiyə edəcək.  

Gələcəkdə şirkət tərəfindən istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirən texnologiyanın psixi pozğunluqların diaqnozlaşdırılması üçün istifadəsi planlaşdırılır.

Nizam Nuriyev






13/10/18    Çap et