Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” “webOS” əməliyyat sistemindən imtina etmir


“Hewlett-Packard” şirkəti ona məxsus olan “webOS” mobil əməliyyat sistemindən imtina etmək niyyətində deyil. Bu barədə “Bloomberg” TV-yə müsahibəsində “HP” şirkətində fərdi kompyuterlər (Personal Systems Group, PSG) bölməsinin rəhbəri Todd Bredli məlumat verib.

Bredli şayiələri əsassız adlandırıb. Həm də bildirib ki, şirkətin platformanın gələcəyi ilə bağlı müəyyən planı hələ ki yoxdur. “HP” şirkəti “webOS” sisteminin potensialını qiymətləndirmək və bundan sonra sistemdən yaxşı üsulla necə istifadə etməyi həll etmək niyyətindədir.




31/10/11    Çap et