Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” printerdə işlək litium-ion akkumulyator çap edilib


Dyuk Universitetinin alimləri tərəfindən hazırlanmış xüsusi metod “3D” printerdə litium-ion akkumulyatorları çap etməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belnovosti.by” saytına istinadən yazır ki, Benjamin Uayli və onun həmkarları “3D” printerin köməyi ilə litium-ion akkumulyatorları hazırlamağa nail olublar. Yeni akkumulyatorlar faktiki olaraq əslindən fərqlənmir, funksionallığı da eynidir, heç bir nasazlıq yoxdur.
 
Mühəndis üçün ən vacib məsələ sadə və əlçatan texnologiya hazırlamaqdır. Buna görə alimlər təxminən 250 dollar məbləğində olan ucuz “3D” printerdən istifadə ediblər.
 
Belə printer obyektləri lay-lay əritmək üsulu ilə düzəldir.
 
Emil Hüseynov






22/10/18    Çap et