Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan startapçıları üçün yeni investisiya mənbəyi


Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq "İnnovasiyalar həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən "AstroLabs" akseleratoru ilə əməkdaşlığa dair memorandum imzalayıb.
 
Memorandum çərçivəsində birgə tədbirlərin keçirilməsi, Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarlar ilə görüşlərin təşkil edilməsi, onlar üçün yeni bazarlara çıxmaq imkanları yaradılması üzrə  işlər görüləcək.
 
Eyni zamanda memorandum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaq.











29/10/18    Çap et