Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” işdən çıxardığı əməkdaşlarına 31 milyon dollar xərcləyəcək


Mobil telefon istehsalçısı olan “Motorola Mobility” şirkəti bu yaxınlarda 12,5 milyard dollara internet nəhəng “Google” şirkəti tərəfindən alınıb. “Motorola Mobility” şirkəti tezliklə planlaşdırılmış kütləvi ixtisarlara 31 milyon dollar xərcləmək niyyətindədir.

“Motorola Mobility” şirkəti təxminən 800 insan işdən çıxarmağı planlaşdırır. Şirkət tərəfindən 27 milyon dollar işdən azad olunanlara ödəniləcək, daha 4 milyon dollar isə iş yerlərinin bağlanması üçün lazım olacaq. Bu barədə “Motorola Mobility” şirkəti tərəfindən ABŞ Qiymətli kağızlar və birjalar komissiyasına təqdim edilmiş sənədlərdə qeyd edilib.




01/11/11    Çap et