Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində tamamilə avtomatlaşdırılmış mehmanxana fəaliyyətə başlayacaq


"Alibaba" şirkəti tərəfindən yaradılmış və hazırlanmış "ağıllı" mehmanxana tezliklə Xançjou şəhərində sınaq rejimində fəaliyyətə başlayacaq. Ənənəvi mehmanxanalardan fərqli olaraq burada xidmətlər, demək olar ki, tamamilə avtomatlaşdırılacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, bu mehmanxanada otel nömrəsini mobil proqram vasitəsilə bron etmək mümkündür. Girişdə qonaqları robot qarşılayır. Bundan sonra robot qonaqları liftə yola salır və müvafiq mərtəbəyə qalxmaqda onlara kömək edir. Sifətin tanınması sistemi və bədən hərəkətləri sayəsində otel nömrəsinin qapısı avtomatik açılır, həmçinin lift avtomatik gəlir.
 
Qonaq otel nömrəsində səs vasitəsilə pəncərənin pərdələrini idarə edə, televizoru yandıra və söndürə, işıqlandırma sistemini idarə edə, yemək sifariş edə bilər. Sözügedən mehmanxanada hesablama və ödəniş, həmçinin sifətin tanınması sisteminin köməyi ilə həyata keçirilir.
 
Emil Hüseynov





03/11/18    Çap et