Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dron və robot birlikdə dünyanı öyrəniblər


Çin mühəndislərinin yaratdığı yeni alqoritm dronun köməyi ilə robota ətraf dünyanı öyrənərək avtomatik onun xəritəsini yaratmağa imkan verib. Bu barədə Honkonq Elm və Texnologiya Universitetinin alimlərinin tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, alqoritm yerin xəritəsini pilotsuz uçan aparatın məlumatlarından istifadə etməklə tərtib edir, yerüstü robotu isə xəritənin ən uzun sahəsinin tərtibini tamamlamağa göndərir. Beləliklə, qurğu yeni sahələrin tədqiqi üçün motivasiya edilir.

Məlumata görə, lidar optik ötürücüsü ilə təchiz edilən dördtəkərli robot stereokamerası aşağı yönələn kvadrokopterlə birlikdə işləyir. Birgə tədqiqat qurğulara digərinin kəşf etdiyi sahələrin tədqiqi ilə məşğul olmamağa imkan verir.

Alqoritmin sınaqları çərçivəsində qurğular 17x8 metr ölçüdə otaqda və 20x20 metr ölçüdə binada olublar. Nəticədə Çin alimləri sahənin birgə öyrənilməsinin tək tədqiq edilməsindən bir neçə dəfə sürətli olması qənaətinə gəliblər.

Nizam Nuriyev
 







06/11/18    Çap et