Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” istifadəçilərə mesajları redaktə etməyə imkan verəcək


"Twitter" sosial şəbəkəsi istifadəçilərə dərc edilmiş mesajları redaktə etməyə imkan verəcək. Bu haqda "The Next Web" nəşri yazıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "əksər istifadəçilərimiz dərc edilmiş tvitdə səhvi düzəltmək üçün redaktə  düyməsinin olmasını istəyirlər" – Nyu-Dehlidə keçirilmiş konfransda sözügedən sosial şəbəkənin direktoru Cek Dorsi deyib. Tvitlərin redaktə edilməsi funksiyası yaxın vaxtlarda əlçatan olacaq.
 
Lakin Dorsi əlavə edib ki, redaktə imkanı məhdud vaxt çərçivəsində əlçatan olacaq.
 
Emil Hüseynov





13/11/18    Çap et