Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı oğurlanmış velosipedini «Facebook” la tapıb


Britaniyalı Saymon Malholl oğurlanmış velosipedini “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tapıb.
Malhollun velosipedini onun Oksfordşirdəki evindən oğurlayıblar. Sahibi öz “ikitəkərli dost”unu qıfılla bağlamasa da, cinayət müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Polisə ərizə verdikdən sonra zərərçəkən paralel olaraq müstəqil şəkildə velosipedi tapmaq üçün cəhd etməyə qərar verib.
Kamera vasitəsilə yazılan videodan Malholl cinayətkarın göründüyü kadrları seçib və dostuna verib. O isə həmin kadrları “Facebook” sosial şəbəkəsində yerləşdirib.
Tezliklə şərhlərin birində qadın bildirib ki, oğurluq günü kadrdakı yeniyetməni velosipeddə görüb. Şahidlə danışdıqdan sonra Malholl oğrunun evini tapıb və öz velosipedini orda görüb. Oğurluğu etmiş 13 yaşlı yeniyetmə əvvəlcə velosipedi, sadəcə, küçədə tapdığını deyib, amma sonra etdiyi hərəkəti etiraf edib. Malholl yeniyetmədən şikayət etməyəcəyini bildirib.
Bununla belə, polis nümayəndəsi həddi-büluğa çatmamış cinayətkarla müəyyən izahedici iş keçiriləcəyini bildirib.




18/06/11    Çap et