Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” istifadəçilərindən boşluqlar haqda informasiya oğurlanıb


“TrickBot” virusunun “Windows” sisteminin işləməsi haqda məlumatları oğurlayan yenilənmiş versiyası aşkar edilib. Bu haqda  internet təhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “My Online Security” şirkətinin bloqunda deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, zərərli proqram təminatı sistemin təhlükəsizliyi haqda məlumatları oğurlayır: quraşdırmalar, yeniləmələr, səhvlər və problemlər haqda informasiyanı. Adətən bu məlumatlar avtomatik şəkildə qurğuda qovluqlardan birində saxlanılır.
 
“TrickBot” virusu naməlum cinayətkarlar tərəfindən elektron məktublar vasitəsilə yayılıb. Məktub bankdan rəsmi göndəriş kimi tərtib edilir: məktubda təşkilatın loqosu və faylların təhlükəsizliyi haqda məlumat olub.
 
Ekspertlər bildiriblər ki, bir sıra antivirus proqramları “TrickBot” virusunun fəaliyyətini vaxtında aşkar edə və dayandıra bilər. Ancaq istifadəçilər ehtiyatlı olmalıdır və naməlum şəxslərdən göndərilmiş faylları açmaq tövsiyə edilmir.
 
Emil Hüseynov






20/11/18    Çap et