Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toyota” “5G” şəbəkəsi üzrə idarə olunan insanabənzər robot hazırlayıb


“Toyota” şirkəti ötən il təqdim edilmiş “T-HR3” adlı insanabənzər  robotunu xeyli təkmilləşdirib. Əvvəllər bu robotu yalnız kabellə idarə etmək mümkün idi, amma Yaponiyanın “NTT DOCOMO” adlı ən böyük mobil operatoru ilə əməkdaşlıq nəticəsində indi həmin robotu beşinci nəsil şəbəkəsi üzrə məsafədən idarəetmə mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “T-HR3” – üçüncü nəsil robot-humanoiddir. Robotun başına virtual reallıq şlemi taxmış operator xüsusi ekzoskeletdə yerləşir. Bu, operatora baş verənləri robotun "gözləri" ilə görməyə və onun hərəkətlərini yüksək dəqiqliklə idarə etməyə imkan verir. Operatorun ekzoskeleti “T-HR3” robotundan taktil hisslər haqqında informasiya alır. Məsələn, əgər robot hava ilə doldurulan topu sıxırsa, o zaman insan məsafədən həmin topun ölçüsünü və sıxlığını hiss edə biləcək.
 
Sınaqlar zamanı operator robotdan təxminən 10 km məsafədə olub. Onlar arasında əlaqə “5G” şəbəkəsi üzrə yaradılıb.
 
Emil Hüseynov





01/12/18    Çap et