Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti 2019-cu ilin birinci yarısında “5G” smartfonunu təqdim edəcək


Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” şirkəti ABŞ-ın “Verizon” mobil rabitə operatoru ilə birgə 2019-cu ilin birinci yarısında “5G” texnologiyasını dəstəkləyən smartfon təqdim etməyi planlaşdırırlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, hər iki şirkət bu həftə Havayda keçiriləcək “Qualcomm Snapdragon” sammitində iştirak edəcək. Sammitdə beşinci nəsil şəbəkəsini dəstəkləyən “Qualcomm X50” modemi ilə təchiz edilmiş smartfonun nümayişi gözlənilir.
 
Bundan başqa, “Samsung” şirkəti “5G” texnologiyasını dəstəkləyən “Exynos 5100” adlı modem hazırlayır. Sözügedən modem, çox güman ki, “Samsung Galaxy S10” smartfonunda tətbiq ediləcək.
 
Emil Hüseynov






04/12/18    Çap et