Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Hangouts” messencerinin fəaliyyətini dayandıracaq


ABŞ-ın “Google” şirkətində “Hangouts” messencerinin hazırlanmasına nəzarət edən Skott Conston “9to5Google” nəşrinə deyib ki, “Google” şirkəti adıçəkilən messencerin fəaliyyətini dayandırmağa hazırlaşır.
 
Conston qeyd edib ki, sözügedən xidmət tədricən bağlanacaq, istifadəçilər isə “Hangouts Chat” və ya “Hangouts Meet” xidmətlərinə daşınılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bundan başqa, “Google”un nümayəndəsi məlumat verib ki, “Hangouts” messencerinin bağlanması şirkətin bu xidmətin əsas funksiyalarının (videozənglər və çatlar) dəstəyindən imtina edəcəyi anlamına gəlmir.
 
“The Verge” portalının məlumatına görə, “Google” 2020-ci ilədək messencerin fəaliyyətini dayandıra bilər, bundan sonra “Hangouts” messenceri “G Suite” bulud platforması çərçivəsində korporativ messencer formatında inkişaf etdiriləcək.
 
2019-cu ildə “Google” şirkəti “Hangouts”da yeni istifadəçilərin qeydiyyat imkanını deaktiv edəcək, yalnız mövcud hesab sahibləri bu proqramdan istifadə edə biləcəklər.
 
Emil Hüseynov






04/12/18    Çap et