Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “Enjoy 9” adlı ucuz planşetofon təqdim edib


"Huawei" şirkəti tərəfindən təqdim edilmiş "Enjoy 9" smartfonu çərçivəsiz orta səviyyəli smartfondur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, smartfon səkkiznüvəli "Snapdragon 450" prosessoru, HD+ (1520x720 piksel) təsvir ölçülü 6,26 düymlük ekran, 3/4 QB-lıq əməli yaddaş, 32/64 QB-lıq daxili fləş yaddaş, 8 meqapiksellik ön kamera və 13+2 meqapiksellik əsas kamera ilə təchiz edilib.
 
Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir. "MicroSD" kartları üçün slotdan başqa 2 SİM kart üçün slotlar nəzərdə tutulub. "4G VoLTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 4.2", "GPS + QLONASS" texnologiyaları dəstəklənir. Smartfon "EMUI 8.2" interfeysli "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
"Huawei Enjoy 9" smartfonu 4 qradiyent rəngdə təklif edilir. 2018-ci ilin 17 dekabrından satışa çıxarılacaq smartfonun qiyməti məlum deyil.
 
Emil Hüseynov






12/12/18    Çap et