Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni virus “Android” sistemli qurğulardan pul oğurlayır


Yeni virus “Android” sisteminin idarəetməsi altında işləyən telefondan pulu saniyələr ərzində oğurlayır. Kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər zərərverici proqram aşkar ediblər. Sözügedən mobil tətbiq “Google Play”  mağazasında yoxdur, ancaq onu internetdən yükləmək mümkündür. “Android Optimization” proqramı akkumulyatorun optimallaşdırılması kimi qələmə verilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, hakerlər ödəniş sistemləri və messencerlərdə hesablara müdaxilə imkanı əldə edirlər. İstifadəçinin “PayPal” sistemindəki hesabı çox böyük riskə məruz qalır. Sadəcə, “PayPal” sistemində şəxsi kabinetə daxil olmanız kifayətdir ki, anında hesabınızdan 1000 avro oğurlansın. Troyan virusunun yaradıcıları acgözdürlər: proqram hər dəfə işə salınanda pul oğurlayır.
 
Emil Hüseynov






14/12/18    Çap et