Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera”nın mobil səyyahlarına trafik ölçən quraşdırıblar


Norveçin “Opera Software” şirkəti “Opera Mini” və “Opera Mobile” mobil səyyahlarını yeniləyib. Bu barədə “opera.com” saytında bildirilib. “iOS”, “BlackBerry OS”, “Symbian S60” və “Java” əsasında olan qurğular üçün “Opera Mini” səyyahının 6.5 versiyası çıxarılıb.

Hər 2 səyyahda əsas yenilik "Məlumat" bölməsində "Trafik istehlakı" funksiyası olub. Bu funksiya vasitəsi ilə aydınlaşdırmaq olar ki, son internet sessiya zamanı və səyyahdan istifadənin bütün dövrü ərzində hansı tutumda məlumat yüklənib. Həmçinin, məlumatların sıxılması alqoritmi sayəsində nə qədər trafikə qənaət edildiyini bilmək olar.

Qeyd edək ki, “Android” platforması üçün “Opera Mini 6.5” və “Opera Mobile 11.5” səyyahları hələ oktyabr ayının ortalarında təqdim edilib.




03/11/11    Çap et