Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hökməli qəsəbəsində yeni elektron ATS qurulacaq


Abşeronun ən böyük qəsəbələrindən olan Hökməlidə yeni elektron ATS qurulacaq. Bu barədə bizə məlumat verən Abşeron TKQ-nın rəisi Əyyub İsmayılov bildirib ki, qəsəbə ərazisində 1000-dən yuxarı ailə yaşasa da, hazırda burada 341/342 saylı mərkəzi EATS-dən 150 ədəd xətt telefonu işləyir . Abşeron TKQ ərazidə xətt telefonuna olan tələbatı nəzərə alaraq yeni EATS binası inşa edib.

Bundan başqa vətəndaşların yüksək keyfiyyətli telefon rabitəsi ilə yanaşı, digər multimedia xidmətlərindən yüksək səviyyədə faydalanması üçün Xırdalan mərkəzi EATS-dən optik kabel xətti çəkilib. Qeyd edək ki, Abşeronda rabitə şəbəkəsi tamamilə NGN texnologiyası ilə qurulub.




03/11/11    Çap et