Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt insanın fiziki ağrı qorxusunu müəyyənləşdirir


Maqnit rezonans tomoqrafiya şəkillərinin analizi üçün nəzərdə tutulan süni intellekt xəstələrin fiziki ağrı qorxusunu proqnozlaşdıra bilir. Bu barədə Balqrist Universitet Klinikasının (Uniklinik Balgrist) alimlərinin tədqiqatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, fiziki ağrı qorxusunu proqnozlaşdıran mövcud metodlar səmərəsizdir – xəstələr anket suallarını cavablandırırlar, cavablar isə subyektiv ola və anketin doldurulması zamanı insanın vəziyyətindən asılı ola bilər.

Bildirilir ki, İsveçrə alimləri tərəfindən hazırlanan alqoritm maqnit rezonans tomoqrafiya şəkillərini beyinin ağrının hiss edilməsinə cavabdeh olan nahiyələrinin aktivliyini analiz edir.

Süni intellekt fiziki ağrı qorxusunun mövcudluğunu sübut edən nümunələr axtararaq bu məlumatlar əsasında xəstədə belə qorxunun olub-olmamasını müəyyənləşdirir.

Nizam Nuriyev






26/12/18    Çap et