Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə 21 milyondan çox istifadəçinin məlumatları yerləşdirilib


Hakerlər “Mega” fayl hostinqində 21 milyondan çox elektron poçt ünvanı və onların parolunu dərc ediblər. Kompüter təhlükəsizliyi üzrə ekspert Troy Hant da öz məlumatlarını həmin siyahıda aşkar edib. O, istifadəçiləri təcili olaraq öz parollarını dəyişməyə səsləyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, ələ keçirilmiş məlumatların ümumi həcmi təxminən 87 QB-dır.
 
Məlumata görə, bu baza 2008-ci ildən toplanıb. İndi “Mega” fayl hostinqindən silinmiş informasiyanın başqa resurslarda yerləşdirilməsi istisna deyil.
 
Emil Hüseynov






18/01/19    Çap et