Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Boeing” ilk avtonom şəhər təyyarəsini sınaqdan keçirib


“Boeing” korporasiyası şəhər şəraiti mühitində istifadə üçün avtonom sərnişin hava gəmisinin ilk uçuş sınağını keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, sınaqlar zamanı vertikal uçuş və eniş, eləcə də aralıq uçuş test edilib. Gələcəkdə korporasiya qanadın qaldırıcı gücündən istifadə etməklə uçuş sınağı keçirməyi və vertikal və horizontal uçuşlar arasında keçid fazasının testini planlaşdırır.

Yeni şəhər nəqliyyatının prototipi elektrik mühərriklə təchiz edilib və 80 km tam avtonom uçuş üçün nəzərdə tutulub. Onun uzunluğunun ölçüsü təxminən 9 m, eni isə 8,5 m təşkil edir.

Nizam Nuriyev






24/01/19    Çap et