Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic Toughpad FZ-M1 Passport” planşeti pasport yoxlanışında tətbiq ediləcək


“Panasonic” şirkəti “Toughpad FZ-M1” planşeti əsasında yaradılan pasportların skan edilməsi və şəxsiyyətin müəyyənləşdirilməsi üçün “Toughpad FZ-M1 Passport” adlı qurğu nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, aparat sərhəd nəzarətində pasportların və şəxsiyyət vəsiqələrinin, nəzarət-buraxılış məntəqələrində və mühafizə olunan zonalara girişlərdə sürücülük vəsiqələrinin və buraxılışların yoxlanılması, eləcə də polis və təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulub.

Bundan başqa, bir sıra quraşdırılmış funksiyalar qurğudan turizmdə, əyləncə sahəsində və hotel biznesində, məsələn, böyük tədbirlərin (konfrans və konsertlər) keçirilməsi, həmçinin kruiz təyyarələrinin sərnişinlərinin mindirilməsi və düşürdülməsi zamanı istifadəyə imkan verir.

Avadanlıq 7-ci nəsil “Intel Core i5” prosessoru ilə təchiz edilib və bir sıra identifikasiya texnologiyalarını dəstəkləyir.

Mürəkkəb şəraitdə iş üçün yararlı hesab edilən qurğu 150 sm hündürlükdən düşməyə davamlıdır, toz və sudan mühafizə üçün IP65 standartına malikdir və Selsi üzrə -29 və + 60 dərəcə temperatur diapazonunda effektiv işləyir.

Artıq satışa çıxarılan “Panasonic Toughpad FZ-M1 Passport” planşetinin qiyməti onun konkret tətbiqindən və konfiqurasiyasından asılıdır.

Nizam Nuriyev






04/02/19    Çap et