Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” yenidən ən bahalı şirkət olub


“Apple” korporasiyasının səhmlərinin dəyəri birjada 1,7% yüksəlib ki, bu da ona yenidən ABŞ-da ən bahalı şirkət adını geri qaytarıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, beləliklə, “iPhone” smartfonlarının istehsalçısının kapitallaşdırma dəyəri 821,7 milyard dollar olub. Bahalı şirkətlərin reytinqində ikinci yerin sahibi olan “Microsoft” şirkətinin kapitallaşma dəyəri 817,4 milyard dollar təşkil edir.
 
Hazırda dünyanın ən zəngin insanı olan Cozef Bezosun “Amazon” şirkəti reytinqdə üçüncü yeri tutur.
 
Emil Hüseynov






07/02/19    Çap et