Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xaricə zəng edənlərin sayı artıb


“Aztelekom”İB-nin “S-12” beynəlxalq stansiyası üzərindən ölkəyə giriş-çıxış trafiki artıb. Bu barədə birlikdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, stansiya üzərindən beynəlxalq istiqamətlərdən respublikaya ötürülən giriş trafikinin müddəti 42,3 milyon dəqiqə və ya 8,4 faiz, beynəlxalq çıxış trafikinin müddəti 15,5 milyon dəqiqə və ya 13,2 faiz artıb. Qeyd edək ki, regionlarda rabitə şəbəkəsinin tamamilə elektronlaşdırılması, yeni texnologiyanın tətbiqi trafikin artmasına şərait yaradıb.




05/11/11    Çap et