Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin 2,6 milyon nəfəri izləyir


"HKO GDI Foundation" qeyri-kommersiya təşkilatının kibertəhlükəsizlik üzrə eksperti Viktor Qevers internetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkar edib. İzlənilənlərin əksəriyyəti Çində təqib olunan uyğurlardır. Bu haqda "The Financial Times" qəzeti yazıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, nəşrin məlumatına görə, məlumat bazasında olduğu yer, ünvan, işə götürənlər, həmçinin insanların şəkilləri haqda məlumatlar yer alıb. Qeversin fikrincə, izlənmə vaxtı küçələrdə qurulmuş sifətin tanınması sistemindən geniş istifadə olunub.
 
Çinin "SenseNets" şirkəti tərəfindən hazırlanan məlumat bazası indiki an üçün internetdə əlçatmazıdır, hərçənd 6 ay müddətində ona giriş açıq idi.
 
Uyğurlar Çin ərazisində yaşayan, islam dininə inanan türk xalqıdır.
 
Emil Hüseynov






18/02/19    Çap et