Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “Firefox” səyyahının 8-ci versiyasını yükləmək mümkündür


“Mozilla” cəmiyyətinin serverlərində “Windows”, “Mac OS X” və “Linux” əməliyyat sistemləri üçün “Firefox 8” səyyahının final versiyasını yükləmək mümkündür.

Sentyabr ayının 27-də çıxmış 7-ci versiya ilə müqayisədə yeni veb-səyyah bir sıra əhəmiyyətli dəyişikliklərə malikdir.Tərtibatçılar əlavələrlə idarə sistemini təkmilləşdiriblər; o, artıq daha yüksək təhlükəsizlik səviyyəsi təmin edir. Belə ki, bütün kənar əlavələr susma halına görə deaktiv edilib.

“Firefox 8” səyyahında vərəqlər (tabs) daha da təkmilləşdirilib. “Twitter” mikrobloqlar xidməti üzrə axtarış imkanı reallaşdırılıb. Bütövlükdə səyyah sürətin yüksəlməsi və sabitliyi ilə səciyyələnir.




10/11/11    Çap et