Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Local.ly” domeni 100 min dollar satılıb


“Local.ly” domeni bu yaxınlarda 100 min dollara satılıb. Korporativ müştərilər üçün xidmət və proqramlar istehsalçısı olan “İnfor” şirkəti bu domeni alıb. Domenin əvvəlki sahibi “Libyan Spider” şirkəti idi. “Libyan Spider” şirkəti bu domen zonasında ən böyük kiberskvotterlərdən biri hesab edilir. “TechCrunch” bloqunun məlumatına əsasən, “Libyan Spider” şirkəti ".ly" zonasında bir neçə yüz domenə malikdir. Bundan əvvəl o, “dai.ly” domenini “DailyMotion” nəşrinə 17 min dollara satıb.




10/11/11    Çap et