Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android”in yeni versiyasında "Geriyə" düyməsi ləğv edilə bilər


“Android” əməliyyat sisteminin yenilənmiş versiyasında, ehtimal ki, "Geriyə" düyməsi ləğv ediləcək. “XDA Developers” portalının proqramçılarının fikrincə, “Google”un əməliyyat sisteminin idarəetməsi altında işləyən cihazların sahibini jestlərlə idarə sistemində xeyli dəyişiklik gözləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni “Android Q” sisteminin kodunu təhlil edən mütəxəssislər bu qənaətə gəliblər.
 
Ekspertlərin fikrincə, indi “Geriyə” əmri yeni “iPhone” modellərində olduğu kimi yerinə yetiriləcək. Bundan başqa, keçidlərin animasiyası daha rəvan və sürətli olacaq.
 
“Android” sistemində jestlərlə idarəetmə sistemi ilk dəfə 2018-ci ildə “Pie” əməliyyat sisteminin təqdim olunması ilə əlçatan olub.
 
Emil Hüseynov






20/02/19    Çap et