Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Populyar mobil əlavələr reytinqi tərtib edilib


“Newzoo” şirkəti geniş yayılmış mobil əlavə tiplərini təhlil edərək onların ən populyarlarını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, şirkət analitikləri tərəfindən smartfonlar üçün oyunların populyarlığının sürətlə artması qeyd olunur – cari ilin yekunları üzrə mobil oyunlara tələbatın daha da artacağı gözlənilir.

Ən populyar mobil proqram təminatı kateqoriyaları gözlənilən kimi olub.

Belə ki, birinci yerdə smartfon sahiblərinin 67 faizinin istifadə etdiyi sosial şəbəkələr üçün mobil proqramlar, ikincidə smartfonların 56 faizinə quraşdırılan onlayn alış-veriş üçün əlavələr qərarlaşıb. Üçüncü ən populyar əlavə növü kimi smartfonların 58 faizinə quraşdırılan oyunlar seçilib. Sonrakı pillələrdə musiqi və striminq servisləri yer alıb.

Tədqiqat sayəsində edilən başlıca kəşf oyun əlavələrinin populyarlığının artmasıdır. Analitiklərin proqnozlarına görə, 2019-cu ilin yekunları üzrə mobil oyun istifadəçilərinin sayı 2,4 milyard təşkil edəcək, sahə üzrə xalis gəlir isə 100 milyard dolları ötəcək.

Nizam Nuriyev






11/03/19    Çap et