Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Allo” messencerinin işini rəsmən dayandırıb


"Google" şirkəti "Allo" messencerinin işini rəsmən dayandırıb. Şirkət müvafiq məlumatı xidmətin rəsmi səhifəsində yerləşdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "regnum.ru" saytına istinadən yazır ki, təəssüf ki "Allo" messencerinin əvəzetməsi hələ hazır deyil, "Android" sistemində mesajlarla mübadilə sistemi isə hazırda messencerlərdə istifadə edilən lazımi funksiyalar dəstinə malik deyil.
 
Xatırladaq ki, "Google" şirkəti mesajlarla mübadilə üçün nəzərdə tutulmuş "Allo" mobil proqramını 2016-cı ilin sentyabrında təqdim etmişdi. Şirkət 2019-cu ilin dekabrında layihəni bağlamaq niyyəti haqqında məlumat vermişdi.
 
Emil Hüseynov




16/03/19    Çap et