Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Surface Book 2” planşetinin yeni versiyasını təqdim edib


“Microsoft” şirkəti “Surface Book 2” noutbukunun yeni versiyasını təqdim edib. Şirkət “Surface Book” planşetinin 13 düymlük versiyasını daha yeni və məhsuldar 8-ci nəsil “Intel Core 2” prosessoru ilə təchiz edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, noutbuk standart konfiqurasiyada 4 nüvəli “Intel Core i5-8350U” prosessoru ilə təchiz edilib və prosessorun takt tezliyi 3,6 QHs-dək arta bilər. Qurğunun başqa texniki xüsusiyyətləri cüzi dəyişib. Əvvəllər olduğu kimi cihaz 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib.
 
“Microsoft Surface Book 2” noutbukunun qiyməti 1499 dollar təşkil edir.
 
Emil Hüseynov




01/04/19    Çap et