Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Internet Explorer”də aşkar edilmiş boşluq ondan istifadə etməyənlər üçün də təhlükəlidir


İnformasiya təhlükəsizliyi sahəsi üzrə tədqiqatçı Con Peyc “Internet Explorer” brauzerindən istifadə etməyən istifadəçilərin məlumatlarını oğurlamağa imkan verən boşluq aşkar ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, müasir brauzerlərin əksəriyyəti MHT genişlənməsini dəstəkləmir, buna görə həmin fayl tipi “Internet Explorer” brauzerində açılır. Hakerlər zərərli fayl və linkləri poçt və ya messencerlər vasitəsilə göndərirlər. Həmin fayl və linkləri açdıqda kompüterə zərərli proqram təminatı quraşdırılır.

 

Sözügedən boşluq istifadəçilərin izlənilməsi və ya lokal məlumatların oğurlanması üçün istifadə oluna bilər. “Microsoft” korporasiyası, hələ ki, Con Peycin sözlərinə reaksiya verməyib.

 

Emil Hüseynov






18/04/19    Çap et