Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda ADSL istifadəçilərinin sayı 40 minə çatıb


Regionlarda ADSL istifadəçilərinin sayı artıb. “Aztelekom” İB-dən verilən məlumata görə, birlik tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində genişzolaqlı şəbəkə avadanlıqlarının tutumları artırılıb.

Bunun nəticəsində genişzolaqlı internet istifadəçilərinin sayı 22714 abunəçi artaraq ümumi say 40 minə çatıb. Qeyd edək ki, hazırda “Aztelekom”İB-nin elan etdiyi tenderin nəticələrinə görə, qalib şirkət “Huawei” tərəfindən kəndlərdə ADSL avadanlıqlarının qurulmasına başlanılıb.




12/11/11    Çap et