Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play”də 20 milyon dəfə yüklənmiş virus proqramları aşkar edilib


“Avast” antivirus proqram təminatı istehsalçısının məlumatına görə, “Google Play” internet mağazasında istifadəçilər tərəfindən 20 milyon dəfədən çox yüklənilmiş təxminən 40 reklam tətbiqi aşkar edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Avast” şirkəti tərəfindən “TsSdk” adlandırılmış və “Android: Agent-SEB [PUP]” qrupuna aid edilmiş bu proqramlar reklamı daima tam ekranlı formatda göstərir, bəzi hallarda isə istifadəçilərdən əlavə mobil proqramlar quraşdırmağı tələb edir.

 

Ekspertlərin sözlərinə görə, reklam proqramları bir-biri ilə əməliyyat sisteminin daha yeni versiyalarında mövcud olan fon prosesləri məhdudiyyətini keçən “Android”in kənar kitabxanalarının köməyi ilə bağlıdır. “Google Play”də məhdudiyyətlərin keçilməsi metodu qadağan edilməyib, hərçənd o, qurğuların işləmə sürətinin zəifləməsinə və akkumulyator batareyasının şarjının tez bitməsinə səbəb olur.

 

“Google” şirkəti hələ ki bu məlumata reaksiya verməyib.

 

Emil Hüseynov






24/04/19    Çap et