Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” sistemində antivirusların işi qəfildən dayanıb


“Windows”un bütün aktual versiyalarında (7, 8.1, Server 2008 R2, Server 2012, Server 2012 R2 və 10) antivirusların işi dayanıb. Bu haqda “Microsoft”un dəstək xidmətindən məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, antivirusların işi təhlükəsizlik paketinin çıxarılmasından sonra dayanıb. “Microsoft” korporasiyası antivirusları söndürməyi və ya silməyi, bundan sonra isə təhlükəsizlik rejimini aktivləşdirməyi tövsiyə edir. Bəzi hallarda kompüterlər yenidən işə düşməyib.

 

Antivirus istehsalçıları, həmçinin istifadəçilərə öz tövsiyələrini verir və problemin yaranma səbəblərini müəyyənləşdirirlər. Çox güman ki, “Microsoft” bu problemi həll etmək üçün daha bir təhlükəsizlik paketi çıxaracaq.

 

Emil Hüseynov






24/04/19    Çap et