Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da şagirdini cinayətkar adlandırdı, işindən oldu


İnzibati qanun pozuntuları məhkəməsi Amerikanın Nyu-Cersi ştatının Paterson şəhərində işləyən müəlliməni işdən çıxarmağı tövsiyə edib. Belə ki, müəllimə Cenifer O'Brayan “Facebook” şəbəkəsində öz şagirdlərini cinayətkar adlandırıb. Bu barədə “nj.com” saytı bildirib.

Cenifer O'Brayan bildirib ki, o, şəbəkədəki hesabında şagirdlər haqqında mənfi fikirlərini onlardan biri onu vurduqdan sonra yazıb. Məhkəmə dinləmələri zamanı məktəb rəhbərliyi qeyd edib ki, O'Brayanın yazısında irqçilik əlamətləri görünür. 1 ay yarım ərzində Təhsil Departamentinin nümayəndəsi O'Brayan-a aid olan qərarı ya qəbul etməli, ya ləğv etməli, ya da ki dəyişdirməlidir.




12/11/11    Çap et