Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Axtarış nəhəngi yeni domen satın alıb


“Google” şirkəti bu yaxınlarda “Schemer.com” domeninə olan hüquqları əldə edib. Bu barədə “Fusible” nəşri xəbər verib. “Schemer.com” domeni artıq işləyir və bu ünvana keçid etdikdə istifadəçi “Google” xidmətləri üçün loqin və şifrə tələb edən standart səhifəyə daxil olur, lakin loqin və şifrəni daxil etdikdən sonra xidmətə daxil olmaq mümkün deyil.

Bundan əvvəl bu domen mobil proqramlar istehsalçısı “Meevine” şirkətinə aid olub. “Meevine” şirkəti “Android” üçün “Gatherball” proqramı, həmçinin bir sıra digər proqramların yaradıcısıdır. “Google”-un “Schemer.com” domenini hansı xidmət üçün istifadə etməyi planlaşdırdığı hələ ki məlum deyil.




14/11/11    Çap et