Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti 11 ildə ilk dəfə “iPhone” üçün oyun təqdim edib


“App Store” proqramlar mağazasında “Warren Buffettʼs Paper Wizard” adlı pulsuz oyun yerləşdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, lisenziya razılaşmasına görə, oyun üçün bütün hüquqlar “Apple” şirkətinə məxsusdur və şirkət, həmçinin oyunun texniki dəstəyi ilə məşğul olmağı öz öhdəsinə götürür.

 

Oyunun süjeti öz karyerasına qəzet satıcısı kimi başlayan “Apple”ın investoru Uorren Baffetin həyat tarixçəsinə əsaslanır.

 

Bu, “Apple” korporasiyasının 2008-ci ildən (“App Store” işə salınıb) etibarən istifadəyə verdiyi ilk oyundur.

 

Emil Hüseynov






08/05/19    Çap et