Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan tezliklə təcili pul köçürmələri əməliyyat sisteminə qoşulacaq


Ölkəmizin STEFİ-nin(Secured Transfer of Electronic Financial Information) təcili pul köçürmələri əməliyyat sisteminə qoşulmasında baş verən ləngimə kiçik texniki səbəblərdəndir.
“Azərpoçt” MMC-nin ödəniş xidmətləri şöbəsinin rəisi Sevil Nəsibovanın ICTnews-ə verdiyi məlumata görə, STEFİ bu texniki məsələləri iyulun 15-dək aradan qaldırmağa söz verib. “Texniki məsələ həll edildikdən sonra ölkəmiz
Ukrayna ilə test rejimində mübadilə həyata keçirəcək və işlər uğurlu alındıqdan sonra digər ölkələrlə sürətli mübadilə həyata keçiriləcək” - deyə şöbə rəisi bildirib.
Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə STEFİ sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.




20/06/11    Çap et