Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı metrosunda simsiz internet


Bakı Metropoliteninin stansiyalarında simsiz internet – “Wi-Fi” şəbəkəsi qurulacaq. Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva məlumat verib.

İlk mərhələdə metronun paytaxtın mərkəzindəki stansiyalarında və yenidənqurmadan sonra «Məşədi Əzizbəyov» stansiyasında “Wi-Fi” şəbəkəsinin qurulması nəzərdə tutulur. Hazırda bu layihə metropoliten idarəsində nəzərdən keçirilir. “Bu stansiya tam modern formada qurulur. Biz ilk növbədə bu texnologiyanı burada sınaqdan keçirməyi qərara almışıq”.

Stansiyalarda yüksəksürətli internetə giriş hava limanındakı kimi pulsuz olacaq. Yəni vətəndaşlar müvafiq cihazlarından istifadə etməklə metro stansiyalarında rahat şəkildə internetə daxil ola biləcəklər.




15/11/11    Çap et