Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera” şirkəti oyun brauzeri təqdim edib


“Opera” şirkəti oyun brauzeri təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, brauzer yaddaş tutumunu izləyərək hazırda canlı yayım üçün tez-tez tətbiq olunan “Twitch” servisi ilə inteqrasiya edir. İndi oyun həvəskarları göstərilən video və digər oyunçuların şəbəkədə olması haqqında operativ informasiya əldə edə biləcəklər. Belə innovasiya istifadəçilərə oyundan həzz alaraq mümkün bildiriş və translyasiyaların yoxlanılması və tənzimlənməsi üçün yayınmamağa imkan verəcək.

 

Bundan başqa, oyun həvəskarlarına oyun tematikası ilə bağlı ətraflı məlumat əldə etməyə imkan verən xüsusi “GX Corner” bölməsi təqdim edilir.

 

Bildirilir ki, funksiyaları tənzimləmə imkanına malik quraşdırılmış proqram məhdudlaşdırıcıları bütün oyun funksiyalarından optimal istifadəyə şərait yaradır.

 

Həmçinin brauzerin fərdiləşdirilməsi üçün müxtəlif imkanlar, o cümlədən səs dizayneri Ruben Rink və “Berlinist” qrupu tərəfindən məxsusi hazırlanan səs effektləri təklif olunur.

 

Ekspertlərin sözlərinə görə, yeni brauzerə internet cəmiyyəti arasında tələbat yüksək olacaq.

 

Brauzeri şirkətin rəsmi saytında yükləmək mümkündür.

 

Nizam Nuriyev






12/06/19    Çap et