Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən bahalı brendləri məlum olub


ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” dünyanın ən bahalı brendlərinin reytinqində lider olub. Bir il ərzində şirkətin dəyəri 50%-dən çox yüksələrək 315,5 milyard dollara yaxınlaşıb. Bu haqda “BrandZ 2019 Top 100 Most Valuable Global Brands” reytinqində məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, dəyəri il ərzində 3% yüksələrək 309,5 milyard dollar təşkil edən “Apple” şirkəti reytinqdə ikinci yeri tutub. Hazırda dəyəri 309 milyard dollar məbləğində qiymətləndirilən “Google” şirkəti üçüncüdür.

 

“Facebook” şirkəti reytinqdə 6-cı pillənin sahibi olub. “Alibaba” şirkəti isə 7-ci yerə yüksəlib. Bir il ərzində “Alibaba” şirkətinin dəyəri 16% yüksələrək 131,2 milyard dollar olub.

 

Sosial şəbəkələr kateqoriyasında lider “Instagram” olub: hazırda auditoriyası 1 milyarddan çox istifadəçidən ibarətdir. 28,2 milyard dollar məbləğində qiymətləndirilmiş bu brend reytinqdə 44-cü yeri tutub.

 

Emil Hüseynov






13/06/19    Çap et