Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspertlər mobil proqramların boşluqları haqda məlumat veriblər


Mobil proqramların 89%-i uzaq məsafədən həyata keçirilən haker hücumları qarşısında dayanıqsızdır. Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Positive Technologies” şirkətinin mütəxəssisləri xəbərdarlıq edirlər ki, mobil proqramların 33%-dən çoxuna müdaxilə mümkündür.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin mütəxəssisləri cari ildə mobil proqramlar üçün təhdidlərlə bağlı araşdırmalarında qeyd ediblər ki, məlumatların oğurlanması üsulları çox müxtəlifdir. Məsələn, virus proqram təminatı klaviaturalı cihaz sahibinin manipulyasiyalarını izləyir və ya ekran görüntülərini çəkir.

 

“iOS” üçün mobil proqramların 38%-i və “Android” üçün isə 43%-də yüksək riskli boşluqlar aşkar edilib.

 

Smartfonun virusa yoluxmasının qarşısını alan 100%-lik müdafiə mövcud deyil. Ancaq fərdi məlumatların təhlükəsizliyini daha yaxşı qorumaq üçün üsullar var: məsələn, proqramları vaxtında yeniləmək, bu və ya digər informasiyaya giriş sorğusunu izləmək lazımdır.

 

Emil Hüseynov






19/06/19    Çap et