Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noyabrın 23-dən qatarlara biletlərinin onlayn satış sistemi işə salınır


Dəmir yol qatarlarına billet almaq üçün uzun növbələr gözləməyə ehtiyac qalmayacaq. Artıq noyabrın 23-dən “Azərbaycan Dəmir Yolları” QSC biletlərinin onlayn satış sistemini işə salır. Bu barədə QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

“Artıq bütün istiqamətlərə biletləri internet vasitəsilə sifariş etmək olar. Bu sistemin işə düşməsi, billet satışındakı yaranan problemləri, həmçinin bu sahədəki korrupsiya xarakterli halları aradan tam qaldıracaq.

İstənilən insan istədiyi yerə getmək üçün bileti internet səhifəmizdəki linkə girərək sifariş edə biləcək. Müştəri ödəməni də plastik kartla edə biləcək. Bu həm müştəri üçün, həm də bizim üçün rahat olacaq”, - deyə N.Əzməmmədov vurğuladı.

Əsində bu system noyabrın əvvəlindən işə düşməli idi. Lakin prosesin ləngiməsinə səbəb test prosesinin aparılması və meydana gələn müəyyən texniki problemlər olub. Hazırda həmin problemlər aradan qaldırılıb.

Əgər əvvəllər sərnişinlər beynəlxalq reyslər üzrə Bakıda hər iki tərəfə bilet əldə edə bilmirdilərsə, artıq onlayn sistemdə sərnişin hər tərəfə bilet sifariş edə və pulunu nağdsız şəkildə ödəyə bilər.




15/11/11    Çap et