Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts Fondu Vyetnamda internetin inkişafına kömək göstərir


Bill Qeyts Vyetnam hakimiyyətinin ölkənin kənd sakinlərinin kompyuter sahəsində maarifləndirilməsi istiqamətində həyata keçirdiyi layihəsinə dəstək verib. Bu barədə “Dan Tri-in” Vyetnam xəbərlər saytına istinadən “Thanh Nien News” məlumat yayıb.

Bill və Melinda Qeyts Fondu layihənin icrası üçün 30 milyon dollar vəsait ayırıb. Bütün layihə 50,6 milyon dollar dəyərində qiymətləndirilir. Layihə çərçivəsində kompyuter sahəsi üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və 760 min kənd sakinini internetə "qoşmaq" planlaşdırılır.

Bu, Bill və Melinda Qeyts Fondunun vətəndaşların kompyuter sahəsi üzrə maarifləndirilməsi layihələrinə kömək göstərdikləri ilk hadisə deyil . Belə ki, fond 2009-cu ildə Ukrayna kitabxanalarında şəbəkəyə qoşulmuş kompyuter siniflərinin yaradılmasına yönəlmiş "Bibliomost" proqramına 25 milyon dollar maliyyə vəsaiti ayırmışdı.




16/11/11    Çap et