Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vivo Z1 Pro” smartfonu təqdim edilib


Bu həftə təqdim edilmiş “Vivo Z1 Pro” adlı yeni smartfon F/2,0 diafraqmasına malik 32 meqapiksellik ön kamera ilə təchiz edilib. Həmçinin smartfon üçqat əsas kameraya malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, smartfonun ölçüsü 162,4x77,3x8,9 mm, çəkisi 201 qr-dır.
 
Yeni aparat “Snapdragon 712” prosessoru, 6,53 düymlük IPS texnologiyasına əsaslanan FullHD+ təsvir ölçülü maye kristal ekran, 4 və ya 6 QB əməli yaddaş, 64 və ya 128 QB fləş yaddaşla təchiz edilib.
 
“Vivo Z1 Pro” smartfonu 16, 8 və 2 meqapiksellik təsvir sensorlarına malik üçqat kameraya malikdir. Arxa paneldə ənənəvi yerdə barmaq izləri skaneri quraşdırılıb.
 
Smartfon “Android 9 Pie” əsaslanan “FunTouch 9” sisteminin idarəetməsi altında işləyir. “Cooling” və “Game Turbo” kimi məhsuldarlığı artıran proqram funksiyaları nəzərdə tutulub. Bundan başqa, oyun seansları zamanı həcmli səs və oyunla taktil əks-əlaqəni təmin edən “Ultra Game” adlı xüsusi oyun rejimi var. Həmçinin ekranda səsin mənbəyini izləyən funksiya səsin birbaşa obyektlərdən çıxması kimi təəssürat yaratmaq üçün düzəlişlər edir. Bu, “PUBG Mobile” kimi oyunlarda bacarıqları yüksəltməyə kömək etməlidir.
 
“Vivo Z1 Pro” smartfonu 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bundan başqa, qurğu başqa cihazları enerji ilə doldurmaq üçün mobil akkumulyator kimi də istifadə edilə bilər.
 
Emil Hüseynov




04/07/19    Çap et