Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək


“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, söhbət həm şəxsi mesaj, həm də qrup çatlarında göndərilmiş şəkillərdən gedir. Şəkillərin sürətli redaktəsi funksiyası messencerin növbəti yeniləməsinin beta-test versiyasında aşkar edilib.
 
Məlumata görə, yeni funksiya şəkli kəsməyə, ona emoji, şəkil və ya yazı əlavə etməyə imkan verəcək.
 
Emil Hüseynov





15/07/19    Çap et