Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk “Honor Smart Screen” televizoru nümayiş olunub


"Huawei" şirkətinin "Honor" subbrendi ilk "Honor Smart Screen" televizorunu nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Gagadget" resursuna istinadən yazır ki, bu, hazırda tamamlanmış məhsul deyil. "Honor" bölməsinin rəhbəri Jao Minqanın sözlərinə görə, şirkət televiziya üçün yeni eraya başlayır. Rəqəmli və internet televiziyası dövrü artıq başa çatır, onları isə "ağıllı" ekranlar əvəzləyir.

 

Çin istehsalçısı təkcə əyləncə deyil, eyni zamanda bütün evin mərkəzi olacaq televizor təqdim edəcəyini vəd edir. Bu, smartfon funksiyalarına malik televizor – məlumat mübadiləsi mərkəzi olacaq. Televizor vasitəsilə "ağıllı" evin digər qurğularını idarə etmək mümkün olacaq.

 

Məlumata görə, yeni "Honor" televizoru güclü platforma, süni intellekt imkanları ilə təchiz ediləcək, eləcə də beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) və bir neçə kameranı dəstəkləyəcək.

 

"Honor Smart Screen" televizorunun rəsmi təqdimatı avqustun əvvəlinə planlaşdırılır.

 

Nizam Nuriyev






16/07/19    Çap et