Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası bütün brauzerlər üçün parolun görsənməsi funksiyası üzərində işləyir


“Microsoft”un tərtibatçıları bu yaxınlarda “Chromium”a əsaslanan “Edge”, “Chrome” və başqa brauzerlərdə əlçatan olacaq parolun görünməsi funksiyası üzərində işləyirlər. Sözügedən funksiya istifadəçiyə veb-saytın parol daxil edilən formasında şifrin yazılması vaxtı onu görməyə imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, parolun görsənməsi funksiyası, həmçinin "qısa klavişlər" dəstəyinə malik olacaq.

 

Layihə hələ ki hazırlanma mərhələsindədir, buna görə sözügedən funksiyanın “Microsoft Edge” və ya “Chrome” brauzerlərində əlçatan olması üçün müəyyən qədər vaxt lazımdır.

 

Emil Hüseynov






24/07/19    Çap et